Mayın 7-də kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Tovuz “Aqroservis” filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış “Belarus” tipli 125 traktora baxış keçirib.
Oxu.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Tovuz “Aqroservis” filialına gətirilmiş 125 ədəd traktordan 43-ü dünən fermer və sahibkarlara lizinq yolu ilə verilib.
Nazir Heydər Əsədov bildirib ki, fermerlər qarşılaşdıqları hər hansı problemlə bağlı nazirlikdə yaradılan “Qaynar xətt” (1652) ilə əlaqə saxlaya bilərlər.
Traktor almış fermerlər göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Gülnarə Zeynalova
www.oxu.az