Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Bazar qiyməti” adı altında verilən vədlər: Kompensasiyanın məbləği nə qədər olmalıdır? - VİDEO
Hazırda paytaxtda söküntü işləri aparan Tikinti şirkətləri “bazar qiyməti” adı altında vətəndaşlara sökülən evlərin hər kvadrat metrinə 1500 manat ödəniləcəyi vədini verir.
Xezerxeber.az xəbər verir ki, halbuki həmin evlərin kvadrat metrini iki, hətta üç dəfə baha qiymətə satırlar.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, vətəndaş evini istədiyi qiymətə sata bilər. Əgər vətəndaş qiymətdən razı deyilsə, onda qarşı tərəflə danışıqlar aparılmalıdır.
Paytaxtda pilot layihələrin icrasına diqqət çəkən R.Osmanlı qeyd edib ki, bu layihələrlə bağlı qaydalar dəyişib:
“Əvvəllər sahibkarlar istədiyi ərazidə bu işi görə bilirdi. Yeni qaydalarda paytaxt üzrə sıxlıq əmsalları nəzərə alınmaqla pilot layihələrə icazə verilir”.
Daha ətraflı videomaterialı təqdim edirik:
"Ramil Osmanlı" teqi üzrə xəbərlər
- Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb?
- Mənzil bazarında bahalaşma GÖZLƏNİLİR
- Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir
- Bakıda yarımçıq qalan tikililərin aqibəti necə olacaq? - ARAŞDIRMA + VİDEO
- Şirkətin pulu gedir, vətəndaşın ömrü - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Rəylər