Bakı Dövlət Universitetində (BDU) tələbələr aksiya keçirməyə cəhd ediblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, BDU-nun bir qrup tələbəsi imtahanlarda yaranan akademik borclara görə 28 manat ödənilməsi tələbinə etiraz edib.
BDU-nun rektoru Abel Məhərrəmov tələbələrin qarşısına çıxıb. A.Məhərrəmov tələbələrə bildirib ki, sabah saat 12:00-da universitetdə onlarla görüşəcək. Görüşdə tələbələrin fikirləri dinləniləcək.
“İştirak etmək və əlavə məlumat almaq istəyən bütün jurnalistlər də həmin görüşdə iştirak edə bilərlər”, - deyə rektor bildirib.
Daha sonra aksiya cəhdinin qarşısı polis tərəfindən alınıb, saxlanılanların olduğu bildirilir.
Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsindən isə BDU-da aksiyaya cəhdin edildiyi barədə onlarda məlumatın olmadığını deyiblər.
14:50
Bakı Dövlət Universitetində (BDU) tələbələr aksiya keçirməyə cəhd edirlər.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, BDU-nun bir qrup tələbəsi imtahanlarda yaranan akademik borclara görə 28 manat ödənilməsi tələbinə etiraz edir.
Saxlanılanların olduğu bildirilir.
Yasamal Rayon Polis İdarəsindən isə BDU-da aksiyaya cəhdin edildiyi barədə onlarda məlumatın olmadığını deyiblər.