Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
BDYPİ-dən əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət
"Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı, yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır".
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə çağırışında deyilir.
"Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında fasiləsiz xidmət aparıldığını qeyd etməklə yanaşı, bir daha sürücülərə müraciət edərək onları dumanlı, yağışlı havalarda sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevretmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır", - BDYPİ-nin məlumatında deyilir.
Rəylər