Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lənkəranda itkin düşən balıqçılarla bağlı SON VƏZİYYƏT
"Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçıların axtarışları fasiləsiz olaraq davam etdirilir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat verib.
Xatırladaq ki, ötən gün səhər saatlarında balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxsalar da, geri dönməyiblər. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.
Əzizə İsmayılova
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar