Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

BDYPİ-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı müraciət edib.
Oxu.Az həmin müraciəti təqdim edir:
"Sinoptiklərin məlumatına əsasən, hazırda müşahidə olunan küləkli havanın bir neçə gün davam edəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı, həftəsonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.
Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur".
"Qeyri-sabit hava şəraiti" teqi üzrə xəbərlər
- "Asfalt dağılıb, ətrafı üfunət basıb" - Xırdalanda yeni layihəyə daxil edilən yol niyə düzəlmir?
- AFFA aşağı yaş qruplarının oyunlarını təxirə saldı
- Paytaxt küçələrində qardan sonra yaşananlar: Sakinlər Baku TV-yə danışdılar
- Fövqəladə Hallar Nazirliyinin kəskin hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏTİ
- Respublikanın avtomobil yollarındakı vəziyyət AÇIQLANDI