Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında faciəli hadisə baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 13:30 radələrində qeydə alınıb.
Akademiyada laborant işləyən, 1970-ci il təvəllüdlü Fuad Kamil oğlu Rzayev ehtiyatsızlıqdan binanın dördüncü mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.