“Qalmaz” yatağındakı 630 nömrəli quyu qazmadan sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-ın məlumatına görə, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın III horizontuna qazılmış quyu 1951-1942 metr intervaldan sutkalıq 240 000 kubmetr qaz hasilatı ilə fonda daxil edilib.