Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bədəni yanan biryaşlı Tunarın dəstəyə ehtiyacı var
Biryaşlı Tunarın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Fədayə İsmayılzadə məlumat verib.
O bildirib ki, övladı oktyabrın 18-də ehtiyatsızlıq səbəbindən yanıb:
"Tunar 2023-cü ilin noyabr ayında dünyaya gəlib. Ötən il oktyabrın 18-də o, qaynar su dolu termosu üzərinə aşıraraq bədənini yandırıb. Onun bir ayağı və qolu tamamilə yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq, orada müalicəyə başladıq. Hazırda evimizdəyik, müalicələri etməyə isə imkanımız yoxdur".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Tunarın mazları və dərmanlarını almaq üçün hazırda 700 manata ehtiyacımız var. Mazları istifadə etmədikcə yaraları açılır. Uşaqdır, ağrı olduqca qaşıyıb, yaralarını açır. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 518-30-03.
"Unibank": 5243 7544 3875 1834
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Ağır xəstəliyi olan iki yaşlı Rüfətin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur
- İki övladının da səhhətində problem olan ana yardım gözləyir: 600 manata ehtiyacları var
- On yaşlı Məryəmin təcili müalicəyə ehtiyacı var
- Üç övladı da ağır xəstəlikdən əziyyət çəkən ana yardım istəyir
Rəylər