Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
BƏƏ-nin iqtisadiyyat naziri Şuşada səhər yürüşündə
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri Şuşada səhər yürüşünə çıxıb. Nazir və həmkarları səhər saatlarında Şuşanın əsas küçə və xiyabanlarından keçməklə Cıdır düzünə qədər yürüş ediblər.
Oxu.Az xəbər verir ki, BƏƏ-nin iqtisadiyyat naziri və digər qonaqlar Şuşanın turizm imkanlarını yüksək qiymətləndirib, mədəniyyət paytaxtımızın mötəbər turizm bölgəsinə çevriləcəyinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Şuşada iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-li həmkarı Abdulla Bin Touq Al Marrinin iştirakı ilə Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.
"Birləşmiş Ərəb Əmirlikləri" teqi üzrə xəbərlər
- Sülh və sabitlik hədəfləyən ortaq maraqlar: Azərbaycan və BƏƏ əməkdaşlığı uğurla inkişaf etdirilir
- Pezeşkianın Tacikistan və Rusiya səfərləri: İranın siyasi aktivliyinin nümayişi
- İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər
- Məşhur akrobat bu dəfə "Əmirlik qüllələri"ni fəth etdi - İnanılmaz görüntülər
- Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
Rəylər