Abşeronda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Saray qəsəbəsi Yeni Məhəllədə qeydə alınıb. Belə ki, 40 yaşlı Rəhim Mirmalik oğlu Salmanov evin zirzəmisində betona bərkidilən naqildən özünü asıb.
İntiharın hansı səbəbdən baş verdiyi bilinmir.
R.Salmanovun meyitini ailə üzvləri aşkar ediblər.
Rəylər