Rusiyada Federal Təhlükəsizlik Xidmətinin təqaüddə olan general-mayoru İqor Laptev Moskvada intihar edib.
Bu barədə Oxu.Az Lenta.ru-ya istinadən məlumat verir.
Məlumata görə, 83 yaşlı general Verxnyaya Krasnoselskaya küçəsindəki mənzilində ölü tapılıb.

Hadisənin təfərrüatı barədə açıqlama verilmir.
Qeyd edək ki, İqor Laptev Əfqanıstanda döyüş əməliyyatlarında iştirak edib, daha sonra Rusiya Federal Təhlükəsizlik Xidmətində və vergi polisində çalışıb. 1990-cı illərin sonlarında vergilər və rüsumlar nazirinin müavini vəzifəsində çalışıb, daha sonra "İnformtexnika" şirkətlər qrupunun direktorlar şurasının sədri olub. Laptev "Şərəf" ordeni ilə təltif edilib.