Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bəhram Bağırzadənin vəziyyəti orta-ağır olaraq qalır - AÇIQLAMA
“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır olaraq qalır”.
Bunu Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
O bildirib ki, Əməkdar artist son bir həftə ərzində aktiv hərəkət edir, gəzir, danışır:
“Huşu aydındır. Son həftə ərzində spontan tənəffüsdədir. Fəaldır. Palatada və reanimasiya şöbəsinin dəhlizində gəzir.
Ötən gün axşam saatlarında bizi narahat edən məqam bədən hərarətinin artması olub. Bunu nəzərə alaraq, aparılan müalicəyə müəyyən əlavələr edilib”.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Könül Cəfərli
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın ifasında "Sarı gəlin"i paylaşdı
- Leyla Əliyeva Ruanda prezidenti ilə görüşüb
- İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib