Bələdiyyə seçkisi ilə bağlı müşahidəçilərin sayı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, yerli müşahidəçilərin sayı 70 min 625 nəfər təşkil edir:
"Onlar çox peşəkar müşahidəçidirlər, bu sahədə təcrübələri çoxdur".
Mərahim Nəsib