Bərdədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xəsarət alan üç nəfər (kişi cinsli) bu gün saat 07:20-də Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
Bərdə rayonunda avtomobil qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə "588 saylı qəsəbə" adlanan ərazidə qeydə alınıb.
Belə ki, qəsəbə sakini - 17 yaşlı Vasif Məmmədov VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın elektrik dirəyinə çırpılıb.
Yeniyetmə xəsarət alaraq, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

İqbal Ziya