Bərdə şəhərində ümumi sahəsi 1122 kvadratmetr (hər mərtəbəsi 561 kvadratmetr, bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi fəaliyyət göstərmir) olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 253 kvadratmetr sahədə və dam örtüyü 361 kvadratmetr sahədə yanıb.
Bu barədə Oxu.Az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
12:46
Bərdədə fəaliyyət göstərməyən “Qocalar evi”nin binasında yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, Bərdə şəhəri Cəlil Məmmədquluzadə küçəsində yerləşən binada yanğının səhər saatlarında elektrik naqillərində baş verən qısaqapanmadan yarandığı ehtimal edilir.
“Qocalar evi” bir müddətdir fəaliyyətini dayandırıb, binada 3 məcburi köçkün ailəsi məskunlaşıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə Bərdə və Tərtər rayonlarından yanğınsöndürənlər cəlb ediliblər, alov tam söndürülüb.
Hadisənin baş vermə səbəbi araşdırılır.