Bu gün Bərdədə yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bərdə rayon mərkəzindən 13 km aralıda yerləşən Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanıb.
Yanğın zamanı 5 nəfər xəsarət alıb.
Yanğın, yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.