Bolqarıstanda keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində ¼ final mərhələsi başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov amerikalı Niko Hernandezi məğlub edərək yarımfinala vəsiqə qazanıb.
52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə (52 kq) isə ¼ final mərhələdə Bolqarıstan boksçusu Daniel Asenov üzərində qələbə qazanıb.
Qeyd edək ki, axşam proqramında daha 2 boksçumuz rinqə çıxacaq.