Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bərdə rayon Polis Şöbəsinə yeni rəis təyin olunan Muradəli Babayev bu gün şəxsi heyətə təqdim olunub.
Oxu.az-ın bölgə müxbiri xəbər verir ki, rayon İcra Hakimiyyətində Muradəli Babayev təqdimatı olub.
M. Babayev İlqar Məmmədovu əvəz edib.
Xatırladaq ki, polis polkovniki Muradəli Babayev buna qədər Xətai rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışmışdı. İlqar Məmmədov isə Xətai rayon polis şöbəsinin rəisi təyin edilib.
Nazir Quliyev