İyulun 30-da itkin düşmüş Elşən Allahverdiyevin meyiti Bakının Sabunçu rayonunda tapılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Məlum olub ki, gənc dənizdə batıb. Onun cəsədi avqustun 2-də Nardaran çimərliyində aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Ramella İbrahimxəlilova