Bakının Suraxanı rayonunda bir qrup şəxsin 48 yaşlı A.Bayramovanın evini qarət etməsi barədə məlumat təsdiqini tapmayıb.
Bu barədə Oxu.Az-a Suraxanı Rayon Polis şöbəsindən məlumat verilib:
“Qadının ifadəsinə görə, 5 oktyabr saat 04:00 radələrində beş naməlum şəxs evinə girərək onu döyüb, sonra 400 manatını və mobil telefonunu qarət edib. Araşdırma zamanı 1994-cü il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb. Lakin məlum olub ki, A.Bayramova polisə səhv məlumat verib”.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları H.Həsənovu əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin əldə edilməsi və satışı) maddəsi ilə məhkum olunmuş A.Bayramova ilə əlaqəsini aydınlaşdırmağa çalışır.
12:08
Bakıda evə basqın olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində evinə daxil olmuş beş nəfərin ona fiziki zor tətbiq edərək, oradan 400 manat və mobil telefon apardıqlarını bildirib.
Bakı ŞBPİ və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Ramella İbrahimxəlilova