1 aprel - Ümumdünya gülüş günüdür. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada bu tarix “Səfehlər günü”, Fransada “Aprel balığı günü”, Azərbaycanda isə “Gülüş günü” adlanır.
Bu gün hər kəs bir-biri ilə zarafat edir, lətifələr danışır, faktları bilərəkdən təhrif edərək təqdim edir, olmamış hadisəni olmuş kimi göstərir. 1 aprel insanların yaddaşında müxtəlif maraqlı hadisələrlə qalır.
Baku TV əməkdaşları şəhər sakinləri arasında sorğu keçirib, paytaxt sakinlərinin “Gülüş günü” ilə bağlı xatirələrini öyrənib.
Sail Ağasəlim, Hüseyn Həsənov