"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları üzrə imtahanında iştirak etmiş 1 446 nəfər iştirakçıdan 330 nəfəri yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
Oxu.Az xəbər verir ki, onlardan 246 nəfəri kişi, 84 nəfəri isə qadındır.
Nəticələrə əsasən, keçid balı 555 T-bal təyin edilib.
Müsabiqənin yarımfinal mərhələsi iyulun 4-6-da baş tutacaq. Yarımfinal mərhələsindən sonra iyulun 18-20-də isə final mərhələlərinin keçirilməsi ilə beşinci "Yüksəliş" müsabiqəsi başa çatacaq.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib.
Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Sayca beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.