Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Beyləqanda azyaşlının ölümünün bəzi detalları üzə çıxdı
Beyləqanda baş verən bədbəxt hadisənin bəzi detalları bəlli olub.
APA xəbər verir ki, azyaşlının evin su təchizatı üçün quraşdırılmış elektrik avadanlığından cərəyan vurması nəticəsində həyatını itirdiyi üzə çıxıb.
Kənd icra nümayəndəliyindən verilən xəbərə görə, yaşyarımlıq Nigar Mais qızı Əhmədova evdə quraşdırılmış "Hidrofon" elektrik avadanlığına toxunduğu zaman onu cərəyan vurub.
Beyləqanda cərəyan vuran azyaşlı uşaq həlak olub.
APA-nın xəbərinə görə, hadisə rayonun Birinci Aşıqlı kəndində qeydə alınıb.
Belə ki, yaşyarımlıq Nigar Əhmədova cərəyan vurması nəticəsində həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Rəylər