Beyləqanda yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonu, Beyləqan-Bəhramtəpə yolunun 25-ci kilometrliyində vətəndaşa məxsus “Mercedes” markalı yük avtomobilinin banı və banına karton taralarda yığılmış cücələr yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin