Beynəlxalq səyyahlar Şuşaya çatıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, səyyahlar şəhərin tarixi və mədəni görməli yerləri ilə tanış olacaqlar.
Onlara, həmçinin şəhər işğaldan azad edildikdən sonra aparılan bərpa işlərinin gedişatı ilə əyani şəkildə tanış olmaq imkanı yaradılacaq.
Qeyd edək ki, bu gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyahlar qrupudur.
37 ölkədən olan beynəlxalq səyyahlar Xankəndiyə gəlib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qonaqlar işğaldan azad edildikdən sonra şəhərdə həyata keçirilən bərpa işlərinin gedişatı ilə tanış olublar.
Beynəlxalq səyyahlardan ibarət nümayəndə heyəti Xankəndidəki Zəfər parkını da ziyarət edib.





"NomadMania" klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahlar Xocalıya səfər ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlar rayona səfər çərçivəsində Xocalı Soyqırımı Memorialı ilə tanış olublar.
Qonaqlar Xocalı soyqırımı və memorial barədə məlumatlandırılıb.





"NomadMania" klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahlar Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində martın 26-da Ağdam şəhərinə gəliblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, heyətə 37 ölkədən 79 nəfər səyahətçi daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur.
Beynəlxalq səyyahlar işğaldan azad olunmuş Ağdam şəhəri ilə, Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri və tarixi məkanlarla tanış olacaqlar.

Bu gündən "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu da sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur.
"NomadMania" Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla hazırda dünya üzrə birinci yerdə qərarlaşıb. "NomadMania" illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.
Bu səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.
Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.