Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bəzi hallarda gömrük rüsumları geri qaytarılacaq: Yeni proqram yaradıldı
"Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən vətəndaşların xaricdən məhsul gətirib geri qaytardıqda qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq məqsədilə xüsusi proqram təminatı hazırlanıb".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Elektron xidmətlər və layihələr idarəsinin rəisi Elşən Məmmədov "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, hazırda xüsusi proqram təminatı üzərində görülən işlərin 70-80 faizi tamamlanıb:
"Yeni sistemin bir ay ərzində istifadəyə verilməsi planlaşdırılır".
Yeni proqram təminatı vasitəsilə geri qaytarılan məhsulun dəyərinin vətəndaşın gələcək aylıq limiti ilə əvəz olunacağını vurğulayan Elşən Məmmədov bildirib ki, bu halda ödənilmiş gömrük rüsumlarının da geri qaytarılması mümkün olacaq:
"Lakin bu proses müəyyən vaxt aparacaq. Çünki həmin vəsaitlər dövlət büdcəsinə daxil olduğundan geri qaytarılması müəyyən vaxt tələb edir".
Aygün Mirakif
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür: Keçid niyə reallaşmır?
- Azərbaycanda avtomobil bazarında KƏSKİN UCUZLAŞMA
- Hava limanında xadimə ayaqyolundan qızıl külçə tapıb?
- İrandan Rusiyaya "brokoli və kahı" aparan avtomobildə külli miqdarda narkotik vasitə aşkarlandı
- Milyonlarla rublu Azərbaycandan qanunsuz çıxarmaq istədilər