Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bəzi rayonlarda hava yağıntılı olub - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Bildirilib ki, yanvarın 24-də saat 9:00-a olan məlumatına əsasən hava şəraiti ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Şamaxıda 4, Qobustan, Altıağac və İsmayıllıda 3, Şəki, Oğuz, Şahbuz, Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala və Qəbələdə 2 mm olub.
Göyçay, Yevlax, Lerik, Şəmkir, Oğuz, Şamaxı, Qax, Şəki və Qobustanda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Bakıda 8, bəzi dağlıq ərazilərdə 25 dərəcə şaxta olacaq - 25.02.2025
- Qar örtüyünün hündürlüyü Zaqatalada 80, Lerikdə 70 santimetri keçib - 24.02.2025
- Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək? - XƏBƏRDARLIQ
- Bakıda temperatur mənfi 3 dərəcəyə düşəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
- Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi