Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
Avqustun 11-i saat 17:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, əsasən Daşkəsən, Balakən, Zaqatala, Gədəbəy, Şəki, Qax, Qusar rayonlarında arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Neftçala, Culfada 20 metr/saniyə, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s, Naftalanda 16 metr/saniyəyədək güclənib.
Daşkəsən, Sarıbaş (Qax), Laza (Qusar), Şahdağda duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 32, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Oxu.Az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 11-i saat 9:30-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı: Gədəbəy, Zaqatala, Şəki, Qax, Laza (Qusar), Balakəndə 1 millimetrədək olub.
Əvvəlcədən verildiyi kimi şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 23 m/s, Bakıda və Abşeron yarımadasında 16 metr/saniyəyədək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Lerik, Daşkəsən, Göygöl, Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.
Rəylər