Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bibiheybət sürüşmə zonasında vəziyyət açıqlanıb - FOTO/VİDEO
Bibiheybət sürüşmə zonasında vəziyyət açıqlanıb.
Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev APA-ya deyib ki, mütəxəssislər əraziyə baxış keçiriblər və stabil vəziyyət qeydə alınıb.
“Orada qurulmuş istinad divarında da hansısa deformasiya və ya dəyişiklik müşahidə edilməyib”, - o qeyd edib.
Xatırladaq ki, Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov mediaya açıqlamasında bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtiyatlı olmaq lazımdır:
“Bibiheybətə doğru gedəndə sürüşmə, uçqun təhlükəli ərazilər var. Qaya uçqunları gözlənilir. Süni terrasların yaradılması, yamacın eninə kəsilməsi və digər işlər sürüşmənin müəyyən qədər qarşısını alacaq və fəallaşmasına imkan verməyəcək”.