Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olunub.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhid rayonun Mahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
14:12
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevlə 30 il sonra Füzuli rayonunda vida mərasimi keçirilir.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra şəhid rayonun Mahmudlu kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Allahverdiyev Şəmsəddin Əvəz oğlu 1971-ci il iyulun 1-də Füzuli rayonunun İşıqlı kəndində anadan olub. Yaxınlarının bildirdiyinə görə, ərazi özünümüdafiə dəstələri yaranan ilk gündən könüllü olaraq ordu sıralarına yazılıb. Bir çox hərbi əməliyyatlarda və erməni silahlı birləşmələrinin azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınmasında iştirak edib. Ş.Allahverdiyev 1993-cü il mart ayının 27-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.
Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Ş.Allahverdiyevə məxsus olduğu təsdiqlənib.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Ermənistandan Azərbaycana qarşı daha bir təxribat: "Rəhbərlik gülünc bəhanələr gətirir"
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
Rəylər