Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayış evlərinin yerləşdiyi ərazidən keçən su borusu partlayıb.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, nəticədə evləri su basıb, bəzi evlərin hasarı uçub. Hadisə səhər saatlarında baş verib.
Qeyd edək ki, su borusu Binəqədi istiqamətində yerləşən yaşayış evlərinin yanından keçir.