“Baku Fires” klubunun Azərbaycan boksçusu Ümumdünya boks seriyasının (WSВ) birinci final matçında “Kuba Domadores” klubuna məğlub oldu.
Oxu.Az xəbər verir ki, görüş 2:3 hesabı ilə azadlıq adasının nümayəndələrinin xeyrinə qurtarıb. Kubalılar ilk döyüşdə Həmzə Nametov (49 kq) Yosbani Veytə 46:49, 46:49, 46:49 hesabı ilə məğlub olduğu an irəli keçdilər.
Amma ikinci görüşdə Məhəmməd Qurbanov (56 kq) Norlan Yera 48:47, 48:7, 48:47 hesabı ilə qalib gəldi. Üçüncü görüşdə kubalılar yenə önə keçdilər – Arlen Lopez Xaybula Musalova 44:50, 45:49, 45:49 hesabı ilə qələbə çalıb. Matçda hesab 64 kq çəki kateqoriyasında Heybətulla Hacıəliyev Yasner Toledonu 48:47, 47:48, 48:47 hesabı ilə məğlub edərkən bərabərləşib.
Nəhayət, həlledici beşinci görüşdə Erislandi Savon Abdulqadir Abdullayevə 46:49, 46:49, 46:49 hesabı ilə qalib gələrək komandasına 2:3 hesabı ilə qələbə qazandırdı.
Əgər ikinci görüş bizim komandanın xeyrinə 3:2 hesabı ilə bitərsə, o zaman əlavə görüş keçiriləcək və WSB qalibi müəyyənləşəcək.