ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyon dollar vəsait ayırdığını deyib.
"Dünyanın ən yaxşı hərbi texnikasına sahibik. Bunu Venesuelada baş verən hadisələr zamanı gördünüz. İran İslam Respublikası da sizə dünyanın ən yaxşı hərbi texnikasına sahib olduğumuzu deyəcək. Bəs Kuba necə? Narahat olmayın. İrandan qayıdandan sonra Kuba ilə məşğul olacağıq, orada qısa bir dayanacaq edəcəyik", - deyə Tramp bildirib.
ABŞ prezidenti Kuba sahillərinə gəmilər göndərə biləcəyini də istisna etməyib.
"Onlar əllərini yuxarı qaldıracaqlar, sonra isə işi başa çatdırmaq üçün ABŞ dövlət katibi Marko Rubionu göndərəcəyik. Hətta dayanmağa da ehtiyac yoxdur. Onu birbaşa ora göndərə bilərik, özü məsələni həll edər", - deyə Tramp əlavə edib.