"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu "Əl-Feysali" ilə matçın ən yaxşı oyunçusu seçilib. Ər-Riyad təmsilçisi qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib. Ronaldu isə komandasının qollarından birinin müəllifi olub.
Oxu.Az euro-football.ru-ya istinadən xəbər verir ki, matçdan sonra Ronaldu ən yaxşı oyunçu mükafatına layiq görülsə də, onu qəbul etməkdən imtina edib.
Məlumata görə, "Ən-Nəsr"in kapitanı mükafatı komanda yoldaşı Abdullah əl-Həmdana verib. O, qarşılaşmada qol vurub, həmçinin komanda yoldaşının qolunda məhsuldar ötürmə ilə yadda qalıb.
"Ən-Nəsr" növbəti matçını oktyabrın 26-da Asiya Çempionlar Liqasında "Əl-Vəsl"ə qarşı keçirəcək.
Qeyd edək ki, 41 yaşlı Kriştianu Ronaldunun "Ən-Nəsr"lə müqaviləsi 2027-ci ilin iyuluna qədər qüvvədədir.