Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadən yazıb.
Levinin sözlərinə görə, Pit Heqsetin bir neçə səbəbə görə vəzifəsindən uzaqlaşdırılması tələb olunur. O, İrana qarşı zərbələri qanunla müəyyən edilmiş 60 günlük müddət başa çatdıqdan sonra da qanunsuz şəkildə davam etdirməkdə ittiham edilir.
Bundan başqa, Pentaqonun dənizdə narkotik qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən 220-dən çox şəxsin öldürülməsinin qanuniliyinə də şübhə ilə yanaşanlar var.
"Respublikaçı Tomas Masi sentyabrda Heqsetin impiçmenti ilə bağlı qətnamə təqdim edib. Nümayəndələr Palatasının aralıq seçki ilə əlaqədar uzun fasilədən sonra fəaliyyətini bərpa edəcəyi həftə - seçkidən sonrakı həftə onun bu məsələ ilə bağlı səsvermə tələb edəcəyi gözlənilir", - deyə məqalədə qeyd olunub.