Rusiya prezidenti Vladimir Putin Volqoqrada Stalinqrad adının verilməsini istisna etmir.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, belə bir xahişlə ona Böyük Vətən Müharibəsi veteranlarından biri müraciət edib.
“Bizim qanunlara müvafiq olaraq bu Federasiya və bələdiyyənin işidir”, - prezident cavab verib.
“Bu halda sakinlər referendum keçirərək qərar verməlidirlər”, - Putin dəqiqləşdirib.
“Sakinlər necə desə elə də edərik”, - bunu prezident fransız Dovilində Normandiyaya müttəfiqlərin gəlişinin 70 illiyinə həsr edilmiş tədbirdə bildirib.
Rusiya dövlət başçısının təklifinə veteranlar “ora gedib, yardım edərik” deyiblər.
“Buyurun”, - Putin razılaşıb.
O, xatırladıb ki, Parisdə Stalinqrad meydanı var, bu adı Avropanın digər şəhərlərində də xatırlayırlar.
“Bunu mən ləğv etməmişəm”, deyə Volqoqrad şəhərinin adının dəyişdirilməsi barəsində danışanda bildirib. Bu zaman o, referendumun keçirilməsini əlavə edib:
“Bunu necə edəcəyimizi düşünərik”.
Veteranlarla bərabər Putin İkinci Dünya Müharibəsinin neçə qurbanlar bahasına başa gəldiyini xatırlayıb, əsasən də Stalinqrad döyüşünü. O, qeyd edib ki, Böyük Britaniyada itkilər 350 min nəfər olub, SSRİ-də isə 20 milyondan çox.
Almaniya kansleri Angela Merkel ilə Putin Stalinqrad ətrafında 1 milyon 400 min alman, sovet tərəfindən isə 1,2-1,3 milyon nəfərin həyatını itirmələri haqda danışıblar.