Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Biləcəridə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Qeyd olunub ki, AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən Səxavət Sərdər oğlu Qaragözova məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Aparılan yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya tələblərinin pozulduğu müəyyən edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı müəssisənin sahibi barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.