Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində su xəttinin zədələnməsi nəticəsində içməli suyun küçəyə axıdılması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Qeyd olunub ki, qəsəbənin Xaqani küçəsində bir aydan çoxdur ki, içməli su küçəyə axsa da, problemi aradan qaldıran yoxdur.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda içməli su xəttində baş verən qəza ötən gün aradan qaldırılıb.