Biləsuvar gömrük postunda 244 kiloqramdan çox heroin aşkar edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial media hesabında yazıb.
“Gömrük orqanlarının həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib. Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində - Biləsuvar gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib”, - deyə, o qeyd edib.
#Gömrük orqanlarının həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib. #Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində-Biləsuvar gömrük postunda 244 kiloqramdan artıq #narkotik vasitə - heroin aşkar edilib.
— Safar Mehdiyev (@SafarMehdiyev_) May 1, 2021