Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında problemin yaranması barədə yayılan məlumata aydınlıq gətirib.
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, keçid məntəqənin gömrük zonasında dünən də, bu gün də heç bir problem yaranmayıb.
Qeyd edək ki, dünən bəzi informasiya saytlarında İran İslam Respublikasına keçmək istəyən 1000-ə yaxın şəxsin Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında növbə gözləməsi barədə xəbərlər yayılıb, məsələyə aidiyyatı olmayan fotoşəkil yerləşdirilib.