Cənubi Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi bərpa olunub.
Oxu.Az-a bu barədə rayon sakinləri məlumat veriblər.
Qeyd edək ki, suyun dayandırılmasının səbəbi itkin düşən şəxsin axtarışı ilə bağlı idi. Həmin şəxsin ad soyadı açıqlanmamışdı.
Suyun dayandırılması nəticəsində Cənubi Muğan kanalının Biləsuvar hissəsində su qurumuşdu.