Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Biləsuvarda ölüm təhlükəsi saçan magistral yol: BDYPİ-dən açıqlama
Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimi kəndindən keçən hissəsində sürücülərin sürət həddini aşması ərazidə yaşayan sakinləri narahat edir.
Bu yolda baş verən və əksəriyyəti ölümlə nəticələnən ağır avtomobil qəzaları sakinlərin böyük narazılığına səbəb olur.
"Avtomobillər buradan yüksək sürətlə keçir. Sürücülər radara da əhəmiyyət vermirlər. Bu yerdə bu il 4-5-ci hadisədir ki, baş verir", - deyə sakinlər bildiriblər.
Baş Dövlət Yol Polisi İdarəsindən məsələ ilə bağlı bildirilib ki, sözügedən yolda qeydə alınan qəzaların əsas səbəbi sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, sərt döngələrdə ehtiyatsızlığa yol verilməsi, yol hərəkəti qaydalarına düzgün əməl edilməməsidir:
"Sözügedən yol yenidən qurulub, müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib, iki yerdə nəzarət-ölçü cihazları istismara verilib. Yolda ərazi polis orqanlarının Dövlət Yol Polisi tərəfindən sutkalıq xidmət aparılır. Habelə Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə vaxtaşırı olaraq ərazidə qəzalılıq vəziyyəti öyrənilir, təhlükəli sahələrdə qabaqlayıcı tədbirlər görülür".
Daha ətraflı Baku TV-nin süjetində:
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb
- Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - RƏSMİ AÇIQLAMA
- Gəncədən Bakıya sərnişin daşıyan sərxoş sürücü həbs olundu
- DYP-dən sürücülərə XƏBƏRDARLIQ
- DYP əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Rəylər