Biləsuvarda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin kimliyi məlum olub.
“Report” xəbər verir ki, yaralılar aşağıdakılardır:
1.Qədirov Elşən Vahid oğlu (1986) - Sumqayıt şəhəri
2.Əlişanov Rüstəm Fəxrəddin oğlu (1983) - Sumqayıt şəhəri
3.Abdullayev Süleyman Sadiq (1998) - Hacıqabul rayonu
4.Həsənov Emin Hakverdi oğlu (1988) - Sumqayıt şəhəri
5.Niftiyev Elmir Emin oğlu (1998) - Biləsuvar rayonu
6.İskəndərov Elmar Marif (1994) – Biləsuvar rayonu
7.İmanov Vaqif Nürəddin oğlu (1992) - Biləsuvar rayonu
8.Hacıyev Taryel Elhan oğlu ( 1992) - Qəbələ rayonu
9.Pirimov Razi Əliməhəmməd oğlu (1979) - Sumqayıt şəhəri
10.Əlizadə Elməddin Ələddin oğlu ( 1995) - Sabirabad rayonu
11.Bayramov Natiq Nizami (1989) - Sumqayıt şəhəri
12.Qədirov Elşən Vahid oğlu ( 1986) – Sumqayıt şəhəri
13.Hüseynov Nicat Fərhad oğlu (1987) – Sumqayıt şəhəri.
14:25
“Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib”.
Bu barədə TƏBİB-dən Oxu.Az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:
“Hazırda iki nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, bir nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir”.
Qeyd edək ki, qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib.
12:35
Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.
“Report”un məlumatına görə, qəza nəticəsində “BMW” markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhbü oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu ölüb.
10:25
Bu səhər Biləsuvar rayonunda iki nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun, Biləsuvar rayonunun Xırmandalı - Hacıqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
BMW markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşub.
Hadisə yerində 2 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.
09:55
Biləsuvar rayonunda BMW markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, iki nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən bir nəfər sağ, digər bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.