Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində olan cinayət işi üzrə hazırlıq prosesi keçirilib.
“Report”un bölgə müxbiri xəbər verir ki, prosesə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin Abdullayev sədrlik edir.
Hazırlıq prosesində təqsirləndirilən şəxsin vəkili həbs qətimkan tədbirinin ev dustağlığı ilə əvəz olunması üçün vəsdət qaldırıb. Vəsadət təmin edilməyib.
Növbəti proses sentyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
O, ötən il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Rəylər