Binalara elan vuranlar qanunla cəzalandırıla bilər.
Oxu.Az-ın ARB TV-yə istinadla məlumatına görə, paytaxt sakinləri bu elanlardan bezdiklərini, ancaq qarşısını ala bilmədiklərini deyirlər.
Hara gəldi yapışdırılan bu elanlara görə, əslində, "Reklam haqqında" qanunda qeyd edilib. İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə əsasən, vəzifəli şəxslər 300-500 manat, hüquqi şəxslər isə 1000-2000 manata qədər inzibati cəza ilə cərimələnə bilər.
Yaranan vəziyyət paytaxtımızın görünüşünə xələl gətirir. Bununla yanaşı, binalarda yaşayan sakinlərin zövqünü korlayır.
E.Ə.
www.oxu.az