Fövqəladə Hallar Nazirliyi “Binə” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın söndürülüb.
Məlumatda bildirilir ki, ticarət mərkəzindəki vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan mağazanın yanar konstruksiyaları yanıb.
Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 13:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
15:05
Binə Ticarət Mərkəzində yanğın olub.
Oxu.Az-ın məlumatına görə, salamnews-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın Ticarət mərkəzinin dördüncü korpus, yeddinci sırasında qeydə alınıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Yanğın nəzarətə alınıb.