Gecə paytaxtda Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində 1992-ci il təvəllüdlü Məhərrəmov Vüsal Nurəli oğlu yaralanıb.
O, 1 saylı Mərkəzi Xəstəxanaya çatdırılıb. Vüsal Məhərrəmova sağ baldırın sınması diaqnozu qoyulub.
Qəzanı kimin törətdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu