Bakı şəhərinin Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın başlayıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, bataqlıq ərazidə təqribən 2 hektar qamışlıq sahə yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, yanğın nəticəsində paytaxtı qatı tüstü bürüyüb.
“Global Photo Stock”un əməkdaşı ərazidən fotolar lentə alıb.
Həmin görüntüləri təqdim edirik:
Daha çox şəkil burada: Photostock.az