Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bir ailədən iki nəfər ölümlə mübarizə aparır: "Əsas balam sağalsın, mən ağrılara dözərəm"
48 yaşlı Ramin Hüseynov ağır xəstəliyə düçar olub.
Bu barədə Oxu.Az-a özü məlumat verib.
Bildirib ki, 1 ildir ki, ağciyər xərçəngi ilə mübarizə aparır:
"Bir müddət kəskin öskürəyim var idi. Yoxlanışa gedəndə mənə dəqiq diaqnoz qoyulmadı. Bir müddət sonra yoxlanışda ağciyər xərçəngi olduğumu öyrəndim. 6 kurs kimyaterapiya qəbul etdim. Hazırda xəstəliyin qarşısını almaq üçün müalicəyə ehtiyacım var. Aylıq 1000 manat tələb olunur. Mənim 4 yaşlı nəvəm də xərçənglə mübarizə aparır. Onun qarın boşluğunda şiş var. Bədəninə metastaz verib. Ailəmə deyirəm ki, əsas balam sağalsın, mən ağrılara dözərəm. Amma onlar buna da razı olmurlar. Mənim ağrıdığımı görəndə, pis olurlar. Xalqımdan xahiş edirəm, belə ağır vaxtımızda bizə dəstək olsunlar. Hər şeyimizi satıb bu xəstəliyə xərcləmişik".
Əlaqə nömrəsi: 055 902 36 35
ABB: 5522 0993 6337 2095
"Onkoloji xəstəliklər (xərçəng)" teqi üzrə xəbərlər
- "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi Şabran rayonunda davam etdirilib
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı növbəti qərarı verdi
- Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
- Bəzi bitki yağları xərçəngin inkişafını sürətləndirə bilər - Onkoloqdan XƏBƏRDARLIQ
- Elayın atası fəryad edir: "Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur"